ONN İnformasiya Agentliyi

Rusiyada girov götürülən azərbaycanlı qaçdı: Həsənov və Quliyev HƏBSDƏ

Rusiyada girov götürülən azərbaycanlı qaçdı: Həsənov və Quliyev HƏBSDƏ
21 Dekabr 2021 - 12:31

Rusiyanın Novosibirsk vilayəti Berdsk şəhər məhkəməsi iki azərbaycanlı Ramiz Həsənov və Hüseyn Quliyev barəsində hökm çıxarıb.

ONN media xəbər verir ki, onlar adam oğurluğunda ittiham olunurlar. İstintaq sübut edib ki, onlar Səfərov soyadlı başqa bir azərbaycanlını oğurlayaraq onu girov götürüblər. Səfərovun bu adamlara 1.8 milyon rubl (təxminən 41 min 400 manat) borcu olub. Amma o, borcu qaytara bilməyib.

Nəticədə pullarını geri almaq üçün Quliyev və Həsənov Səfərovu girov götürmək qərarına gəlib. Onu vilayətin Akademiqorsk şəhərinə aparıb, yaxınlarına mənsub mənzillərin birində gizlədiblər. Amma Səfərov girovluqdan qaçaraq Azərbaycana gələ bilib.

Məhkəmənin qərarı ilə Ramiz Həsənov 5 il 5 ay, Hüseyn Quliyev isə 6 il müddətinə, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkməklə azadlıqdan məhrum ediliblər.(lent.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png