ONN İnformasiya Agentliyi

Ruslar Xankəndidə 50 şərti hədəfi vurdu

Ruslar Xankəndidə 50 şərti hədəfi vurdu
10 Avqust 2021 - 11:57

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Xankəndidəki poliqonda minaatanla müasir döyüş aparmaq üçün yeni taktika hazırlayıb, hərbi təlim keçiblər.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim zamanı topçu ekipajları avtomobil gövdələrinə quraşdırılmış silahlardan dağlarda təbii maneələrin arxasında yerləşən hədəfləri atəşə tutub. Dağlıq ərazilərdəki minaatanlar qısa müddətdə zirehli maşınları, canlı qüvvəni və düşmən mövqelərini təqlid edən təxminən 50 hədəfi vurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png