ONN İnformasiya Agentliyi

İrəvanda mitinq keçirilir- VAXT BAŞA ÇATDI

İrəvanda mitinq keçirilir- VAXT BAŞA ÇATDI
09 May 2024 - 20:39

Azərbaycanla delimitasiyaya qarşı olan “Vətən uğrunda Tavuş” adlı hərəkatın tərəfdarları İrəvanın Respublika meydanında mitinqə başlayıb.

ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan polisi İrəvanın mərkəzindəki Respublika meydanındakı hökumət binalarına xeyli qüvvə toplayıb. Ermənistan hökumətinin və qonşu nazirliklərin binalarının girişləri mühafizəyə götürülüb.

Bildirilib ki, mitinq iştirakçıları Respublika meydanının demək olar ki, hər yerini tutublar.

***

Arxiyepiskop Baqrat Qalstanyan minlərlə adamın iştirak etdiyi mitinqdə Baş nazir Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verib.

Bu barədə TASS məlumat yayıb.

“Paşinyanın istefasını tələb edirik. Bir saat ərzində görüşməyə və istefa üçün bütün şərtləri müzakirə etməyə hazıram”, – Baqrat bildirib.

***

Ermənistan Baş naziri Paşinyana “verilən vaxt” başa çatıb.

Arxiyepiskop mübarizənin davam etdiriləcəyini, parlament fraksiyaları ilə Paşinyanın istefasına nail olmaq yollarını müzakirə edəcəyini bildirib.

O, bu gecəni Respublika meydanında keçirəcəyini bildirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png