ONN İnformasiya Agentliyi

Sadır Japarov Fəxri Xiyabanda oldu

Sadır Japarov Fəxri Xiyabanda oldu
19 Aprel 2022 - 18:41

Aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər güllər düzüblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png