ONN İnformasiya Agentliyi

Silah arsenalının yenilənməsinə yarım milyard manat ayrılıb

Silah arsenalının yenilənməsinə yarım milyard manat ayrılıb
10 Noyabr 2021 - 12:07

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, düşmənin kapituliyasiyasından dərhal sonra Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıqların ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılıb”.

ONN media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bununla da xüsusi müdafiə təyinatlı xərclər 2 milyard 100 milyon manata çatdırılıb”, – nazir vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png