ONN İnformasiya Agentliyi

Sosial şəbəkə istifadəçilərinə müraciət edildi

Sosial şəbəkə istifadəçilərinə müraciət edildi
26 Yanvar 2022 - 12:03

Baş Prokurorluq hakerlər tərəfindən sosial şəbəkə hesablarındakı şifrələrin sındırılması ilə bağlı vətəndaşlara müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoçarxda hakerlər tərəfindən vətəndaşların sosial şəbəkələrdəki hesablarının şifrələrinin sındırılması ilə bağlı maarifləndirici məlumat verilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png