ONN İnformasiya Agentliyi

Sülhməramlılar yenə ermənilər üçün aksiya keçirdi

Sülhməramlılar yenə ermənilər üçün aksiya keçirdi
13 İyul 2021 - 11:34

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlılarının xüsusi təyinatlı hərbi həkimləri Ağdərə rayonunun Vəngli kəndində humanitar-tibbi aksiya təşkil ediblər.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sülhməramlılar Rusiya QHT-lərinin göndərdiyi 2 ton tibbi yardımı paylayıblar.

“Həm də sakinlərə ərzaq dəstləri, gündəlik ehtiyaclar, isti paltar və uşaq oyuncaqları verilib. Ümumilikdə, humanitar aksiya zamanı dörd tondan çox yük paylanıb”, – məlumatda bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png