ONN İnformasiya Agentliyi

Xəbərdarlıq: marşrutlar axşam saatlarında niyə işləmir?

Xəbərdarlıq: marşrutlar axşam saatlarında niyə işləmir?
08 Yanvar 2021 - 12:27

Marşrut avtobusları üçün hansısa saata qədər işləmək barədə konkret vaxt müəyyən edilməyib. Lakin ən azından 23:30-a qədər işləməlidirlər.

ONN media  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, axşam saatlarında vaxtından tez fəaliyyətini dayandıran dispetçerlərə xəbərdarlıq edəcəklərini bildirib:

“Marşrutların qrafiki eyni deyil. İş saatı, interval sərnişin axınına görə tənzimlənir. Axşam pik saatlardan sonrakı intervallar təbii ki gündüz saatlarındakı intervalla eyni ola bilməz. Əgər gündüz saatlarında marşrutlar 5-6 dəqiqəlik intervalla işləməlidirlərsə, axşam bu interval 20-25, bəzən 30 dəqiqəyə qədər uzana bilər. Amma ümumiyyətlə işləməmələri başlıca problemdir və bununla bağlı xəbərdarlıq olunacaq”.(hit.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png