ONN İnformasiya Agentliyi

Xankəndidə SON DURUM: Rus hərbçilər ermənilər üçün hərəkətə keçdi

Xankəndidə SON DURUM: Rus hərbçilər ermənilər üçün hərəkətə keçdi
03 Sentyabr 2021 - 13:51

Qarabağdakı Rusiya sülhməramıları Xankəndi və digər ərazilərdə yaşayan ermənilərə maşınlarla su daşıyırlar.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi və digər rayonlarda yaşayan 1.5 mindən çox insanı içməli su ilə təmin ediblər.

“Sülhməramlı kontingentinin humanitar mərkəzinin hərbçiləri iki həftə ərzində 30-dan çox uçuş həyata keçirib və Qarabağ sakinlərinə 200 tondan çox içməli su veriblər”, – açıqlamada qeyd edilib.

Su stansiyasında təmir-bərpa işləri başa çatana və boru xətti çəkilənə qədər sülhməramlı kontingentin hərbçiləri hər gün erməniləri içməli su ilə təmin edəcəkləri bildirilib.

Avqustun 9-da Xakəndinə suyun verilməsi dayanması haqda məlumat yayılıb. “Sputnik Ermənistan”ın xəbərinə görə, Qarabağın mütləq əksəriyyətinə Azərbaycan ordusununun nəzarətinə keçməsindən sonra həmin ərazilərdə yaşayan ermənilərin əhəmiyyətli hissəsinin Xankəndidə yerləşməsi vəziyyəti daha da ağırlaşdırıb. Su istehlakı əhəmiyyətli dərəcədə artıb.

Hazırda Xankəndidə yaşayan ermənilərin suya olan ehtiyacının artezian quyularınının hesabına ödənildiyi bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png