ONN İnformasiya Agentliyi

Xocavənddə DƏHŞƏTLİ PARTLAYIŞLAR olacaq

Xocavənddə DƏHŞƏTLİ PARTLAYIŞLAR olacaq
23 Yanvar 2021 - 15:06

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənmə Mərkəzinin mühəndis qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzərində işlərini davam etdirir.

ONN media  xəbər verir ki, bu gün Xocavənddə, həmçinin sərhəd bölgəsində yerləşən Spitakaşen və Xnatsax kəndlərində axtarışlar həyata keçiriləcək.

Partlamamış hərbi sursatların axtarışı və məhv edilməsi zamanı partlayışların eşidiləcəyi ilə bağlı xəbərdarlıq olunub.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri Qarabağda 600 hektardan çox ərazi, 217 km yol, 844 mənzil tikintisi, o cümlədən 25 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 23 785 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png