Meksikanın ABŞ-la sərhəddə yerləşən Sonora ştatının iki şəhərində atışma olub. ONN media xəbər verir ki, nəticədə azı 9 nəfər öldürülüb. Aqua-Prieta şəhərində 5, Nako şəhərində isə 4 nəfər atışmanın qurbanı olub. Hadisənin səbəbləri araşdırılır. Polis insidentin baş verdiyi yerdə tərk edilmiş avtomobil, silah və bronjilet tapıb.
Silahlı insident - 9 ÖLÜ

