Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib.
O qeyd edib ki hadisə ilə əlaqədar olaraq qəza yerinə yaxın yolda bir hərəkət zolağı baglanib.
Yolda avtomobillərinin sürəti 20 km/saata endirilib. Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub. Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.