ONN İnformasiya Agentliyi

Ailə faciəsi: Baba və nəvə dənizdə boğuldu

Ailə faciəsi: Baba və nəvə dənizdə boğuldu
16-07-2019, 20:41

Ələt qəsəbəsində ailə faciəsi baş verib. ONN media xəbər verir ki, qəsəbənin “Yanar dağ” adlanan ərazisində 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub. Hadisəni görən Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub. Dərhal Təcili Tibbi Yardım çağrılsa da, həkim briqadası hadisə yerinə gələnə qədər hər iki şəxs keçinib. Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png