Qazaxıstan Baş naziri Əsgər Mamin dövlət orqanlarının xidməti avtomobillərini xaricdən almağı qadağan edib. ONN media xəbər verir ki, bu məlumatı “İnterfaks Qazaxıstan” yayıb. Məlumata görə, dövlət satınalmaları zamanı qadağalar təkcə avtomobillərə yox, həm də digər xarici məhsullara aid edilib. Qərarda dövlət idarələrinin yalnız ölkədə istehsal edilməyən məhsulları idxal edə biləcəyi qeyd edilib. Qeyd edək ki, Qazaxıstanda hazırda KİA, “Hyunday”, “Şevrolet”, “Şoda”, LADA və JAC avtomobil şirkətlərinin müxtəlif modelləri yığılır.
Ölkədə məmurlara xarici maşın qadağan edildi

