ABŞ-da növbəti silahlı hücum hadisəsi olub. ONN media xəbər verir ki, bu dəfə kimliyi məlum olmayan silahlı kişi mətbuat orqanının redaksiyasına hücum edib. O, “USA Today” nəşrinin yerləşdiyi inzibati binaya daxil olub. Həmin vaxt binada olan şəxslər təcili şəkildə evakuasiya ediliblər. Hələlik ölən və yaralananlar haqqında məlumat yoxdur. Qeyd edək ki, bu, son günlər ABŞ-da baş verən dördüncü silahlı hücumdu.
Qəzet binasına silahlı HÜCUM - Ölənlər...

