İranın cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. ONN media bildirir ki, bunu vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib. S.İsininin sözlərinə görə, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb. O əlavə edib ki, zəlzələ nəticəsində Laft limanının elektriki və telefonu kəsilib.
İşıq və telefon kəsildi - NƏ BAŞ VERİR?

