Türkiyənin ilk elektrik mühərrikli avtomobilinin təqdimat mərasimi başa çatıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə bunları deyib: “Tarixi bir günə, Türkiyənin 60 illik yuxusunun gerçəyə çevrilməsinə şahidlik edirik”. Qeyd edək ki, maşına “Türkiyənin avtomobili” adı verilib. *** Türkiyənin ilk elektrik mühərrikli avtomobilinin təqdimat mərasimi keçirilir. Avtomobil 30 dəqiqə ərzində 80% enerji yığacaq. Daxili elektrikli modul platforması ilə 300-500 kilometr aralığındakı seçimlərlə daimi olaraq mərkəzə bağlanacaq və yeniləmələri 4G/5G bağlantısı ilə uzaqdan qəbul edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təqdimat mərasiminin keçiriləcəyi “İnformasiya Vadisi”nə gəlib. https://www.youtube.com/watch?v=JonYiA6hJJM&feature=emb_title
Bütün Türkiyənin gözü ora dikilmişdi - BAŞ TUTDU/VİDEO

