"Domino's Pizza Group" pizzalar şəbəkəsinin maliyyə direktoru Devid Bauernfaynd bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir: "Biz bu faciəvi xəbərdən dərin təəssüf hissi keçiririk. Direktorlar şurasının, həmkarlarımızın adından Devidin xanımı Nikolettə, onun qızı Ornellaya, qohumlarına və dostlarına başsağlığı veririk".
Məşhur "fast food" şirkətinin maliyyə direktoru öldü

