Türkiyənin Ərzincan vilayətində 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması qadağan olunub.
ONN media xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.Bölgənin valisi Ali Arslantaş bildirib ki, qaydanı pozan şəxs 3 min 150 TL (825 AZN) cərimə ödəməli olacaq.
Qadağa xroniki sağlamlıq problemləri olan şəxslərə də aiddir.