Türkiyədə son sutka ərzində 1467 yeni yoluxma faktı qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Nazirin sözlərinə görə, Türkiyədə bu gün 17 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4842, yoluxanlar isə 181 min 298 nəfərə çatıb. Türkiyədə indiyədək 153 min 379 xəstə sağalaraq evə buraxılıb.
Türkiyədə daha 17 nəfər koronavirusdan öldü

