CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 45,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,24 dollar/barel çoxdur.
Neftimiz bahalaşdı

