ABŞ-ın Kentuki ştatının Luisvill şəhərində 26 yaşlı afroamerikalı Briyanna Teylorun öldürülməsində iştirak edən polislərin cəzalandırılmaması etiraz aksiyalarına səbəb olub. ONN media xəbər verir ki, hakimin polislərə hər hansı cəza verilməyəcəyi açıqlamasından sonra xalq küçələrə axışıb. Etirazçılarla asayiş keşikçiləri arasında baş verən insident nəticəsində 2 polis xəsarət alıb. Federal Təhqiqat Bürosu Xüsusi Silahlar və Taktikalar Komandasını bölgəyə yeridib. Yaralılar şəhər xəstəxanasına yerləşdirilib. Şəhərdə 3 günlük 21:00-06:30 saatları arasında küçəyə çıxma qadağası tətbiq olunacaq.
Gecə saatlarında küçəyə çıxmaq QADAĞAN EDİLİR: Şəhər nəzarətə götürüldü...

