Bərdəyə atılan raket nəticəsində 14 nəfər yaralanıb. ONN media xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezident köməkçisi Hikmət Hacıyev deyib. Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onların 9, 14, 15 yaşları civarındadırlar. Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub.
“Yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub”

