Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun adına Tvitter platformasında saxta hesab açılıb. ONN media xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Leyla Abdullayeva məlumat yayıb. O, şəbəkə istifadəçilərini nazirin rəsmi hesabına istinad etməyə dəvət edib. Qeyd edək ki, bir neçə gün əvvəl Ceyhun Bayramovun rəsmi səhifəsi Tvitter tərəfindən bağlanmış, daha sonra bərpa edilmişdi.
Nazirin adına saxta hesab yaradıldı - DİQQƏT

