Bu gün Ermənistanın işğalından azad edilən Azərbaycanın Kəlbəcər rayonun əhalisinin sayı açıqlanıb. ONN media xəbər verir ki, 2020-ci ilin yanvarın 1-i tarixinə olan məlumata əsasən, rayonun əhalisi 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb.
Kəlbəcər əhalisinin sayı nə qədərdir?

