Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından 240 nəfər dünyasını dəyişib. Bu, qardaş ölkədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir. ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, 29 718 yeni yoluxma faktı qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 17 121 , virusa yoluxanların sayı isə 1 928 165 nəfərə çatıb. Türkiyədə indiyədək 1 691 113 pasiyent sağalaraq evə buraxılıb.
Türkiyədə virusdan rekord sayda ölüm

