Xızı rayonunda ağır yol qəzası baş verib. ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı rayonu, Sitalçay kəndi ərazisində “İveco” markalı yük avtomobili və “Беларус” markalı traktorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri yük avtomobilindən, 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, dünən Bərdə rayonunda da ağır yol qəzası baş verib. Nəticədə 2 nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.
Azərbaycanda dəhşətli olay - ÖLƏNLƏR VAR

