Rusiyada istiləşmə səbəbindən iqlimin kontinentallığı tədricən azalır. Bir neçə onillikdə ölkə ərazisindəki qarlı qış əsl anomaliyaya çevrilə bilər.
ONN media xəbər verir ki, bunu rusiyalı alim Vladimir Semyonov deyib.
“30-40 ildən sonra Rusiya paytaxtında sutkalıq qış temperaturu sıfra çata bilər. Daha doğrusu, gündüz müsbət 3 dərəcə isti, gecə isə mənfi 3 dərəcə olacaq. Qar artıq anomaliya olacaq, onu qışda Varşavada olduğu kimi, nadir hallarda görəcəyik”, - Semyonov bildirib.