ONN İnformasiya Agentliyi

Bakıda “Ukrayna dairəsi”ni su basdı - VİDEO

Bakıda “Ukrayna dairəsi”ni su basdı - VİDEO
11-07-2021, 11:26

Bu gün səhər saatlarında Bakının Əhmədli qəsəbəsində, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının və yeni tikilmiş ASAN Xidmət Mərkəzinin yanında, Gəncə prospektində dəhşətli tıxac yaranıb.

ONN media bildirir ki, tıxaca səbəb ilkin ehtimala görə, kanalizasiya xəttinin sıradan çıxması nəticəsində yolu su basması olub.

Getdikcə artan su səbəbindən yol minik maşınları üçün keçilməz hala düşüb. İndiyə qədər bölgəyə qəza xidməti yaxınlaşmayıb.

Qeyd edək ki, sözügedən ərazidə xüsusilə yağış yağan zaman tez-tez bu hal müşahidə edilir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png