ONN İnformasiya Agentliyi

Mirziyoyevin Əliyevə qarşı bu addımı gündəm oldu

Mirziyoyevin Əliyevə qarşı bu addımı gündəm oldu
24-06-2022, 08:47

ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri təkcə çox böyük siyasi əhəmiyyət kəsb edən görüş kimi deyil, eyni zamanda iki dost ölkə, o cümlədən siyasi liderlər  arasındakı münasibətlərin yüksək səviyyədə olması baxımdan yaddaşlarda böyük izlər buraxdı.

Səfər proqramında keçirilən görüşlər, o cümlədən yolasalma mərasimi çox yüksək əhvali-ruhiyyədə keçdi. 

Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdığı zamanı Ürgənc hava limanında ölkənin başçısı Şövkət Mirziyoyevin yolasalma mərasimində  bədən dili ilə verdiyi mesajlar gündəm olub.

Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında iki ölkə liderinin sağollaşması və verdikləri mesaj xüsusi önəm daşıyır. Xüsusən də Özbəkistan Prezidentinin qollarını sinəsinə çarpaz qoyması Azərbaycan Prezidentinə göstərdiyi böyük hörmət və ehtiramın nümunəsi kimi dəyərləndirilib

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png