İyulun 31-i saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Xaltanda 14 mm, Lerikdə 9 mm, Bərdədə 8 mm, Qax, Astarada 7 mm, Tərtər, Şahdağda 6 mm, İsmayıllı, Balakən, Zaqatala, Yevlax, Quba, Qəbələ, Lənkəran, Göyçay, Yardımlı, Neftçala, Tovuz, Gəncə, Qrız, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Daşkəsən, Gədəbəy, Qusar, Mingəçevir, Şabranda 5 mm-dək, Bakıda və Abşeron Yarımadasında 1 mm-dək olub.
İyulun 30-da şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naxçıvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.