ONN İnformasiya Agentliyi

Qazaxıstanda yenidən referendum keçiriləcək?

Qazaxıstanda yenidən referendum keçiriləcək?
3-01-2024, 11:12

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev konstitusiya referendumunun keçirilməsi və 2026-cı ildə yenidən prezident seçkisində iştirak planları ilə bağlı fikirləri təkzib edib.

ONN media xəbər verir ki, o, bu barədə "Egemen Qazaqstan" qəzetinə müsahibəsində deyib.

"Bu dezinformasiyadır. İndi hər kəs düşündüyünü edib qanuna dəyişiklik edə bilmir. Mən buna qəti əminəm, konstitusiyaya, xüsusən də belə bir fundamental məsələ ilə bağlı özbaşına düzəlişlər etmək artıq mümkün deyil. Konstitusiya islahatı əsas qanuna özbaşına dəyişiklikləri davam etdirmək məqsədi daşımırdı",- o bildirib.

Tokayevin sözlərinə görə, konstitusiyada vahid prezidentlik müddəti ilə bağlı müddəa dəyişməyəcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png