ONN İnformasiya Agentliyi

Sabah yağışlı hava gözlənilir

Sabah yağışlı hava gözlənilir
6-04-2024, 12:57

Ölkə ərazisində aprelin 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən ONN media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png