Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.