ONN İnformasiya Agentliyi

İlham Əliyev Nazirlərin beşinci toplantısında iştirak edir

İlham Əliyev Nazirlərin beşinci toplantısında iştirak edir
20-02-2019, 10:55


Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir.

Prezidentin Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak edirlər.

Dövlətimizin başçısı toplantıda nitq söyləyib.

 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png