KXDR lideri Kim Çen İnin Rusiyaya daxil olan qatarını hərəkətdə olan zaman təmizləyiblər.
ONN media xəbər verir ki, Vladivostok vağzalında çəkilmiş videogörüntünü rusiyalı jurnalist Dmitri Smirnov öz Tvitter hesabında paylaşıb.
“Qatarın qapılarını və məhəccərlərini qatar gedə-gedə təmizləyirlər, səviyyə budur!”, - deyə jurnalist yazıb.
Xatırladaq ki, Kim Çen İn aprelin 24-də səhər saatlarında öz zirehli qatarı ilə Rusiya ərazisinə daxil olub. Onun Vladivostokda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir.
Danışıqlar aprelin 25-də aparılacaq.