"Huavey" ABŞ məhsullarından imtina etdi

"Huavey" ABŞ məhsullarından imtina etdi

“Huavey” şirkəti 5G baza stansiyalarında ABŞ istehsalı olan parçalardan artıq istifadə etmədiyini bildirib. ONN media xəbər verir ki, bu barədə məlumatı şirkətin qurucusu Ren Zenqfey deyib. O bildirib ki, gələn aydan məhsulların kütləvi istehsalına başlayacaq. “Huavey”in avqust və senytabrdakı testlərinin uğurla tamamlandığını qeyd edən Zenqfey təxminən 5 min ABŞ komponentinin yerlisi ilə əvəz edildiyini bildirib. Şirkət rəhbəri növbəti ildə telekommunikasiya avadanlıqlarının satışında 2.5 faiz artım gözlədiklərini qeyd edib.

Geri qayıt