3 ölkə İranın bu tələbini RƏDD ETDİ

3 ölkə İranın bu tələbini RƏDD ETDİ

İranda hava hücumundan müdafiə sistemləri tərəfindən “yanlışlıqla” raketlə vurulan Ukrayna Hava Yollarına aid “Boeing 737” tipli təyyarənin “qara qutu”su Fransaya göndəriləcək. ONN media xəbər verir ki, bu barədə İRNA-ya İranın Mülki Aviasiya Təşkilatının qəzalar üzrə idarəsinin baş direktoru Həsən Rzayifər deyib. O bildirib ki, “qara qutu”nun yaddaşını oxumaq üçün İranın kifayət qədər imkanları yoxdur: “Kanada, Fransa və ABŞ kimi ölkələrdən “qara qutu”dakı bilgilərin oxunması üçün lazımi cihazları İrana göndərmələrini tələb etdik. Amma bu ölkələr təklifi rədd etdilər. “Qara qutu”nun dünyadakı bitərəf və sayılıb-seçilən laboratoriyalardan birində oxunması üçün Ukrayna, İsveç, Britaniya, Kanada və ABŞ kimi ölkələrdən birinə göndərilməsinə qərar verildi. Son olaraq Fransa üzərində dayanıldı. Bu 5 ölkə də “qara qutu”nun kodlarının Fransada açılmasına razı oldu”.

Geri qayıt