Murad Arif təxirə salınan toylarla bağlı GÖRÜN NƏ TƏKLİF ETDİ...

Murad Arif təxirə salınan toylarla bağlı GÖRÜN NƏ TƏKLİF ETDİ...

Tanınmış müğənni və bəstəkar Murad Arif toylarla bağlı maraqlı təklif irəli sürüb. ONN media xəbər verir ki, o təmtəraqlı toylara ehtiyac olmadığını deyib. "Sənətçi dostlarım məni öldürməsin. Amma, toy edəcək ailələrə balaca tövsiyəm var. Səadət 500 nəfərin hoppanıb-düşməyində deyil. Cavanların sevdasını qırmayın. Atalar, analar görüşsün, xeyir-dua versin, qeydiyyat edin və evlənin. Sonra da hərə öz yuvasına. Ailə qurmaq üçün təmtəraq, dəbdəbə şərt deyil. Sonra oynayarsınız”. Qeyd edək ki, koronavirus təhlükəsinə görə Azərbaycanda toylar 1 aylıq təxirə salınıb.

Geri qayıt