Kim Çenin harda qaldığı açıqlandı

Kim Çenin harda qaldığı açıqlandı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In haqqında daha bir xəbər yayılıb.

Cənubi Koreyanın dövlət başçısı Mun Cayın Xarici Siyasət üzrə müşaviri Mun Çanq-İn Şimali Koreya liderinin səhhətinə dair CNN-ə açıqlama verib.

O bildirib ki, hökumətin mövqeyi sabitdir: “Kim Çen In həyatdadır və yaxşıdır. 13 apreldən bəri Vonsan bölgəsində qalır. İndiyə qədər hər hansı şübhəli hərəkət təsbit edilməyib”,- o bildirib.

Qeyd edək ki, aprelin 11-dən sonra mediada görünməyən Kim Çen Inın xəstə olduğu və vəfat etdiyi barədə şayiələr gəzir.

Geri qayıt