Qonşusuna söz atan şəxs CƏRİMƏLƏNDİ

Qonşusuna söz atan şəxs CƏRİMƏLƏNDİ

İmereti bölgəsində qonşusuna sözlü təcavüz edən şəxsə cərimə tətbiq olunub. ONN media  xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi açıqlayıb. Məlumata görə, İmereti bölgəsinin Van rayonunda 1976-cı il təvəllüdlü kişi 1981-ci il təvəllüdlü qadına qarşı sözlü təcavüz edib. Daha sonra qadın polis idarəsinə bu barədə xəbər verib, Daxili İşlər Nazirliyinin əməkdaşları həmin şəxsə Cinayət Pozuntuları Məcəlləsinin 166-cı bəndinə əsasən, 300 lari cərimə tətbiq ediblər. Xatırladaq ki, Gürcüstanda qadına qarşı sözlü təcavüz hərəkətləri 2019-cu ildən etibarən Cinayət Pozuntuları Məcəlləsinə əsasən cəzalandırılır, sözlü və ya hərəkətli təcavüz edən şəxslər 300 laridən-1000 lariyədək, və ya 10 gündən 1 ayadək həps olunur.

Geri qayıt