İmereti bölgəsində qonşusuna sözlü təcavüz edən şəxsə cərimə tətbiq olunub. ONN media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi açıqlayıb. Məlumata görə, İmereti bölgəsinin Van rayonunda 1976-cı il təvəllüdlü kişi 1981-ci il təvəllüdlü qadına qarşı sözlü təcavüz edib. Daha sonra qadın polis idarəsinə bu barədə xəbər verib, Daxili İşlər Nazirliyinin əməkdaşları həmin şəxsə Cinayət Pozuntuları Məcəlləsinin 166-cı bəndinə əsasən, 300 lari cərimə tətbiq ediblər. Xatırladaq ki, Gürcüstanda qadına qarşı sözlü təcavüz hərəkətləri 2019-cu ildən etibarən Cinayət Pozuntuları Məcəlləsinə əsasən cəzalandırılır, sözlü və ya hərəkətli təcavüz edən şəxslər 300 laridən-1000 lariyədək, və ya 10 gündən 1 ayadək həps olunur.
Qonşusuna söz atan şəxs CƏRİMƏLƏNDİ

