Həştərxan İş Mərkəzi MMC və KDY Logistik Şirkətindən Ordumuza DƏSTƏK

Silahlı Qüvvələrə Yardım Fonduna ayrı-ayrılıqda 5000 manat vəsait köçürüldü. Azərbaycan ordusunun Ermənistanın işğalçı silahlı dəstələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, döyüş əzmi və qazandığı qələbələr insanlarda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Bakıda fəaliyyət göstərən Həştərxan İş Mərkəzi və KDY Logistik Şirkəti bu təşəbbüsə qoşulublar və könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ayrı-ayrılıqda 5000 manat vəsait köçürüblər.