Azərbaycan kubokunun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkü atılıb. ONN media xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub. AFFA-nın inzibati binasında keçirilən tədbir “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanıb.
Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb. Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılıb. Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. Azərbaycan Kuboku 1/8 final 1. “Səbail” - “Zaqatala” 2. “Turan Tovuz” - “Qəbələ” 3. “Sabah” - “Kəpəz” 4. “Qaradağ Lökbatan” - “Zirə” 1/4 final 5. “Sumqayıt” - 1-ci cütün qalibi 6. “Qarabağ” - 2-ci cütün qalibi 7. “Keşlə” - 3-cü cütün qalibi 8. “Neftçi” - 4-cü cütün qalibi