Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkü atılıb. ONN media xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub. AFFA-nın inzibati binasında keçirilən tədbir “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanıb.
Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb. Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılıb. Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. Azərbaycan Kuboku 1/8 final 1. “Səbail” - “Zaqatala” 2. “Turan Tovuz” - “Qəbələ” 3. “Sabah” - “Kəpəz” 4. “Qaradağ Lökbatan” - “Zirə” 1/4 final 5. “Sumqayıt” - 1-ci cütün qalibi 6. “Qarabağ” - 2-ci cütün qalibi 7. “Keşlə” - 3-cü cütün qalibi 8. “Neftçi” - 4-cü cütün qalibiAzərbaycan kubokunun püşkü atıldı



Azərbaycan Kubokunun püşkü atılacaq
Azərbaycan kubokunda final bu tarixdə olacaq
"Turan Tovuz" və "Kəpəz" Premyer Liqada
Avropa Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
ÇL-in 1/8 finalının püşkü atıldı
Klublararası dünya çempionatının püşkü atıldı
Avropa Liqasında cütlüklər bilindi - Siyahı
"Barselona" və "Real"ın rəqibləri müəyyənləşdi
Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək
İspaniya kubokunda 1/4 finalın püşkü atıldı
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
Avro-2020-nin yayım hüququ bu kanala verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 