Həştərxanda Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib

Həştərxanda Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş  beynəlxalq  dəyirmi masa keçirilib

Həştərxan vilayətində böyük Azərbaycan mütəfəkkiri və ictimai xadimi Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş  beynəlxalq  dəyirmi masa keçirilib.Tədbirdə böyük alimin Həştərxanla bağlılığı, gördüyü işlər və Azərbaycan- Həştərxan əlaqələri müzakirə olunub. Nəriman Nərimanovun 150 illiyinə həsr olunan tədbirdə Həştərxanın  və  Azərbaycanın   ictimai, siyasi və  elm xadimləri  iştirak ediblər. Həştərxan  vilayətinin Beynəlxalq  Əlaqələr Agentliyinin rəhbəri Vladimir  Qolovkov, Həştərxan  vilayətinin  Nərimanov rayonunun  rəhbəri  Valeri  Alcanov, Həştərxan  vilayətinin  fəxri  vətəndaşı  Ədalət  Hüseynov və  başqa  rəsmi  şəxslərin  iştirak  etdiyi tədbirdə    qeyd olunub ki,  vilayətdə   N. Nərimanov adına şəhər, rayon və 4 küçə var. Bu isə   böyük alimin xatirəsinin bu vilayətdə necə əziz olmasına bariz nümunədir.N.  Nərimanov Həştərxanda  sürgündə  olarkən  də  ictimai-siyasi  fəaliyyətini  davam  etdirib. Elmi  məqalələrini  vilayət  qəzetində  dərc  etdirib,  bir  neçə  tibbi  broşür    buraxdırıb. Hər  il  N.Nərimanov  vərəm  əleyhinə  olan  "ağ  güllər"bayramı  keçirib. Pandemiya  səbəbindən  onlayn formatda baş tutan tədbirdə Həştərxan vilayətinin Azərbaycanla əlaqələri də müzakirə olunub. Bildirilib ki, Azərbaycan Həştərxan üçün Xəzər dənizində ən etibarlı tərəfdaşlardan biridir. Uzun illərdir ki, vilayətlə Azərbaycan Respublikası arasında sosial, iqtisadi, mədəni, ticari   əlaqələr inkişaf edir və möhkəmlənir. O da qeyd olunub ki, 2018-ci ildə Həştərxanda "Azərbaycan iş mərkəzi"nin açılışı olub.

Gələn ilin martında isə   Azərbaycanda Həştərxan  İş  Mərkəzinin   açılması   nəzərdə tutulub. Tədbirdə Azərbaycan tərəfdən  Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev,millət vəkili  Hikmət  Babaoğlu, politoloq Tofiq  Abbasov  və  başqaları iştirak  edib.
Geri qayıt