Həştərxan vilayətində böyük Azərbaycan mütəfəkkiri və ictimai xadimi Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib.Tədbirdə böyük alimin Həştərxanla bağlılığı, gördüyü işlər və Azərbaycan- Həştərxan əlaqələri müzakirə olunub. Nəriman Nərimanovun 150 illiyinə həsr olunan tədbirdə Həştərxanın və Azərbaycanın ictimai, siyasi və elm xadimləri iştirak ediblər. Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkov, Həştərxan vilayətinin Nərimanov rayonunun rəhbəri Valeri Alcanov, Həştərxan vilayətinin fəxri vətəndaşı Ədalət Hüseynov və başqa rəsmi şəxslərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, vilayətdə N. Nərimanov adına şəhər, rayon və 4 küçə var. Bu isə böyük alimin xatirəsinin bu vilayətdə necə əziz olmasına bariz nümunədir.N. Nərimanov Həştərxanda sürgündə olarkən də ictimai-siyasi fəaliyyətini davam etdirib. Elmi məqalələrini vilayət qəzetində dərc etdirib, bir neçə tibbi broşür buraxdırıb. Hər il N.Nərimanov vərəm əleyhinə olan "ağ güllər"bayramı keçirib. Pandemiya səbəbindən onlayn formatda baş tutan tədbirdə Həştərxan vilayətinin Azərbaycanla əlaqələri də müzakirə olunub. Bildirilib ki, Azərbaycan Həştərxan üçün Xəzər dənizində ən etibarlı tərəfdaşlardan biridir. Uzun illərdir ki, vilayətlə Azərbaycan Respublikası arasında sosial, iqtisadi, mədəni, ticari əlaqələr inkişaf edir və möhkəmlənir. O da qeyd olunub ki, 2018-ci ildə Həştərxanda "Azərbaycan iş mərkəzi"nin açılışı olub.
Gələn ilin martında isə Azərbaycanda Həştərxan İş Mərkəzinin açılması nəzərdə tutulub. Tədbirdə Azərbaycan tərəfdən Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev,millət vəkili Hikmət Babaoğlu, politoloq Tofiq Abbasov və başqaları iştirak edib.Həştərxanda Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib



Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
Heydər Əliyevin Həştərxandakı abidəsi önünə gül dəstəsi qoyulub
Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində işgüzar səfərdədir
Ümummilli lider Heydər Əliyev Həştərxanda ehtiramla anılıb
Azərbaycanın və Rusiyanın Həştərxan vilayətinin iş adamları onlayn görüşüb
Gürcüstanda Nərimanovun abidəsi bərpa edildi
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
"Həştərxan İş Mərkəzi Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına önəmli tövhə verəcək"- VİDEO
Marneulidə Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib
Həştərxan Dövlət Universiteti Bakıdakı Həştərxan İş Mərkəzində müsabiqə elan etdi
İlham Əliyevdən SƏRƏNCAM
İlham Əliyev Babuşkini qəbul etdi (YENİLƏNDİ)
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 