Nadir Qüdrətoğlu - Varlığın (ŞEİR)

VARLIĞIN Yenə coşub çağlayır aman vermir duyğular Hər an mənim gözümdə göz oxşayır varlığın Yaşanacaq xoş günlər, yazılacaq şeir çox Həm məndə həm şeirdə hey yaşayır varlığın. Gözlərimi mən ala bilmirəm gözlərindən Yuxumu gözlərimdən uzaq salıb varlığın Amandı gözlərində nə yaş olsun nə nisgil Məni məndən illərdir yaman alıb varlığın. Bax gör necə gözəldi adlarımız yan-yana Bu ülvi məhəbbətçün tək ünvandı varlığın Sənli olan dünyamda gözəldi hər bir diyar Başdan sona ümmandı, gülüstandı varlığın Heç bir ləkə götürməz saf, təmizdi sevgimiz Məni bihuş eyləyir, əsir edir varlığın. Mənim fani həyatda heç bir şeydə gözüm yox Tək bircə diləyim var, mənə yetir varlığın Mən gizlətmirəm heç vaxt deyirəm aşkaryana Məni şair eyləyən, sənin o tək varlığın. Nadirin ilham yeri, ey sevdiyi tək qadın Mənə hər an dayaqdı, mənə kömək varlığın.