VARLIĞIN Yenə coşub çağlayır aman vermir duyğular Hər an mənim gözümdə göz oxşayır varlığın Yaşanacaq xoş günlər, yazılacaq şeir çox Həm məndə həm şeirdə hey yaşayır varlığın. Gözlərimi mən ala bilmirəm gözlərindən Yuxumu gözlərimdən uzaq salıb varlığın Amandı gözlərində nə yaş olsun nə nisgil Məni məndən illərdir yaman alıb varlığın. Bax gör necə gözəldi adlarımız yan-yana Bu ülvi məhəbbətçün tək ünvandı varlığın Sənli olan dünyamda gözəldi hər bir diyar Başdan sona ümmandı, gülüstandı varlığın Heç bir ləkə götürməz saf, təmizdi sevgimiz Məni bihuş eyləyir, əsir edir varlığın. Mənim fani həyatda heç bir şeydə gözüm yox Tək bircə diləyim var, mənə yetir varlığın Mən gizlətmirəm heç vaxt deyirəm aşkaryana Məni şair eyləyən, sənin o tək varlığın. Nadirin ilham yeri, ey sevdiyi tək qadın Mənə hər an dayaqdı, mənə kömək varlığın.
Nadir Qüdrətoğlu - Varlığın (ŞEİR)



Rusiyada sirli varlıq tapıldı - FOTO
Məzarlıqda DƏHŞƏTLİ GÖRÜNTÜ - Sakinlər qorxu içindədir
Tapılan bu yadplanetli sən demə...
Nadir Qüdrətoğlu-şeir: Ay ömrüm...
Sahilə qeyri-adi varlıq çıxıb - FOTO
Evində ölü tapılan yazarın qızına həsr etdiyi status: Ürəkdağlayan sözlər
Ucar polisi naməlum məxluqu tutmağa çalışır
"ŞUŞA" -Nadir Qüdrətoğlu
Sənə görə - NADİR QÜDRƏTOĞLU
Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi
Bakıda cinlər peyda olub — Paytaxt sakinlərindən ŞOK SÖZLƏR
"Niyə Röyaya mesaj yazırsan, mənə yox?"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 