"Neftçi" "Qarabağ"a qalib gəlir - CANLI

"Neftçi" "Qarabağ"a qalib gəlir - CANLI

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu baş tutub. ONN media  xəbər verir ki, səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. "Sumqayıt" 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. "Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub. Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gələn "Keşlə" sonuncu pillədən xilas olub. "Səbail" mövsümü son sırada başa vurub. Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Dalğa Arena"dakı görüş çempionun adına aydınlıq gətirəcək. *** Mövsümün son matçı başladı. Bu görüşdə "Qarabağ"a bərabərlik sərf edirsə, "Neftçi" mütləq matçdan qalib ayrılmalıdır ki, çempionluğu təmin etsin. *** "Neftçi"nin hücumçusu Əhməd Əhmədov matçın 91-ci dəqiqəsində hesabı açdı: 1-0. Matçın canlı yayımını BURADAN izləyə bilərsiniz.

Geri qayıt